Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2020 08:04
Sumqayıt şəhərinin Sahil küçəsində yerləşən çimərliklərdən birinin ərazisində boğulma hadisəsi qeydə alınıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, avqustun 7-də, təxminən, saat 21:50-də 1987-ci il təvəllüdlü Əhmədova Şəhanə Sərzalı qızı dənizdə boğulma təhlükəsilə üzləşib. O, sudan çıxarılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun meyiti müayinə üçün aidiyyəti üzrə təhvil verilib.
Onun 4 aylıq hamilə olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.