Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hakerlər “Canon” şirkətinin bulud saxlanc sisteminə müdaxilə ediblər

Hakerlər “Canon” şirkətinin bulud saxlanc sisteminə müdaxilə ediblər

Tarix: 8 Avqust 2020 08:32

İstifadəçilərin foto və videolarının saxlanıldığı Yaponiyanın "Canon" şirkətinin "bulud" xidmətinə hakerlər tərəfindən müdaxilə edilməsi təxmin edilir. Bu haqda "Bleeping Computer" ixtisaslaşdırılmış portalı məlumat verib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, portalın iddiasına görə, avqustun 5-də "Maze" haker qruplaşmasının hücumu nəticəsində istifadəçilərin fərdi məlumatları daxil olmaqla 10 terabayt informasiya oğurlanıb.

Hakerlər tərəfindən edilməsi təxmin edilən hücumu şərh edən "Canon" şirkətinin nümayəndəsi "Forbes" jurnalına müsahibəsində deyib ki, "hazırda vəziyyət araşdırılır".

1937-ci ildə təsis edilmiş "Canon" şirkəti dünyada ən böyük optika və fotoaparat istehsalçılarından biridir. Şirkətin bazar kapitallaşdırması 22,7 milyard dollar təşkil edir. Mənzil-qərargahı Tokioda yerləşir.


Etiketlər:  Hakerlər Canon şirkətinin bulud saxlanc sisteminə müdaxilə ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ