Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

PSJ-nin almaq istədiyi müdafiəçi bəlli oldu

PSJ-nin almaq istədiyi müdafiəçi bəlli oldu

Tarix: 8 Avqust 2020 13:30

Fransanın PSJ klubu mövsümlərarası fasilədə heyətində görmək istədiyi müdafiəçini müəyyənləşdirib.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, Liqa1-in çempionu Milan Şkrinyarı transfer etmək istəyir.

İtaliya "İnter"inin slovakiyalı müdafiəçisi parislilərin heyətində sabiq kapitan Tyaqo Silvanı əvəzləməlidir. Şkrinyarın taleyi isə milanlıların baş məşqçisi Antonio Kontedən asılıdır.

Əgər mütəxəssis postunda qalsa, onunla fikir ayrılığında olan Şkrinyar klubdan gedəcək. Konte vəzifəsindən getsə, müdafiəçini "İnter"də də her şey qane edir.

Qeyd edək ki, Şkrinyarı "Mançester Siti", "Mançester Yunayted" və "Tottenhem" də heyətində görmək istəyir.


Etiketlər:  almaq istədiyi müdafiəçi bəlli oldu


RƏYLƏR