Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2019 09:15
Bakı. Trend:
Ağdaşda yanğın qeydə alınıb.
FHN-dən Trend-ə istinadən verdiyi məlumata görə, rayonun Aşağı Zeynəddin kəndində "MTZ-80" markalı traktorun kabinəsi və 3 ədəd qoşqusunun yanar hissələri, qoşqulara yığılan 6,7 ton ot bağlaması yanıb.
Traktorun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin