Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2020 21:12
Yumurta sürətli arıqlamaq, piyləri əritmək üçün ən yaxşı məhsuldur.
Gündəlik menyunuza yumurta daxil edərək yağ yandırma prosesini sürətləndirə bilərsiniz.
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, İspaniyadan olan dietoloq-qidalanma mütəxəssisi Aytor Sançez yerli nəşrə yumurtanın faydaları haqqında danışıb.
Mütəxəssis, yumurtaların artıq çəki itkisi ilə əlaqəli xüsusi bir məziyyətə sahib olmadığını bildirib. Amma bununla yanaşı, bu qidanın rasiona daxil edilməsinin daha az çəkili olmaq, həmçinin piylənmə riskini azaltmaq baxımından faydalı olması ilə əlaqələndirib. Yumurta protein ehtiva etdiyindən, daha uzun müddət aclığı təmin edə bilər ki, bu da çox yeməyin qarşısını almaq deməkdir. Nəticədə, qəbul olunan ümumi kalorinin miqdarı azalır, bu da çəkiyə müsbət təsir göstərir. İspan mütəxəssisi, gün ərzində özünüzü enerjili hiss etməyiniz üçün səhər yeməyində yumurtanın olmasını məsləhət görür. Bundan əlavə, bu şəkildə qidalananda bədən ehtiyac duyduğu qida maddələri ilə təmin olur.