Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2020 21:15
Yeni tip koronavirus-COVID-19-un evlərdə böyük yaşlı uşaqlar tərəfindən yayılma riski kiçik yaşlı uşaqlara nisbətən daha çoxdur.
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, bu, Cənubi Koreyadan olan alimlərin apardıqları araşdırmadan sonra gəlinən nəticədir. Cənubi Koreyada 5706 koronavirus xəstəsi və təmasda olduqları 59073 nəfərin müşahidəsi ilə aparılan araşdırmanın nəticələri ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin internet səhifəsində yer alıb.
COVID-19 xəstələrinin evdə təmasda olduqları şəxslərin təxminən 11,8 faizində COVID testləri pozitiv çıxıb. Yaşları 10-19 olan xəstələrlə yaşayanlarda isə bu göstəricinin 18,6 faiz olduğu məlum olub. Araşdırmada izlənən qruplar arasında COVID-19-un evdə ən yüksək yoluxma riskinin bu yaş arasında olan uşaqlardan qaynaqlandığı bildirilir.
Mütəxəssislər yaşı 10-dan az olan uşaqların xəstəliyi yayma faizinin çox az olduğunu bildiriblər. Amma hesab olunur ki, indi bağlı olan məktəblər açılanda bu durum dəyişə bilər.