Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda fəaliyyətinə icazə verilən sahələr - SİYAHI

Sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda fəaliyyətinə icazə verilən sahələr - SİYAHI

Tarix: 10 Avqust 2020 00:04

Bakı. Trend:

Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci ilin avqusutun 10-u saat 00.00-dan etibarən fəaliyyətinə icazə verilən sahələrin siyahısı genişləndirilir.

Trend-in məlumatına görə, bu barədə məlumat Nazirlər Kabineti yanında Operatriv Qərargahın sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketində əksini tapıb.

Aşağıdakı sahələrin də sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda fəaliyyətinə icazə veriləcək:

- Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi;

- Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektələrinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;

- maşın və avadanlıqların istehsalı;

- elektrik avadanlıqlarının istehsalı;

- kompüter, elektron və optik məhsulların istehsalı;

- avtomobil, qoşqu və yarımqoşquların istehsalı;

- sair nəqliyyat vasitələrinin istehsalı;

- poliqrafiya məhsullarının istehsalı;

- zərgərlik məmulatlarının istehsalı;

- musiqi alətləri, idman mallarının istehsalı;

- geyim istehsalı;

- toxuculuq sənayesi;

- ayaqqabıların istehsalı;

- dəri və dəri məmulatlarının istehsalı;

- tütün məmulatlarının istehsalı;

- sair sənaye məhsullarının istehsalı.


Etiketlər:  Sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda fəaliyyətinə icazə verilən sahələr SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ