Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pensiyaçıların nəzərinə!

Pensiyaçıların nəzərinə!

Tarix: 21 Oktyabr 2025 13:32

Oktyabr ayı üzrə ölkə miqyasında pensiyaların ödənişi tam yekunlaşıb.

Bu barədə məlumatı Dövlət Sosial Müdafiə Fondu yayıb.

Qurumdan bildirilib ki, ayın 10-da Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun və Naxçıvan Muxtar Respublikasının sakinlərinə pensiyalar köçürülüb. Bu gün isə respublikanın digər bölgələrində yaşayan vətəndaşlara, eləcə də güzəştli şərtlərlə təyin olunan pensiya alanlara ödənişlər həyata keçirilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə istənilən bankomatdan əldə edə bilərlər.


Etiketlər:  Pensiyaçıların nəzərinə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ