Tarix: 10 Avqust 2020 11:00
“iPhone 12” komponentlərinin istehsalçıları istehsalda problemlə üzləşiblər. Bu haqda “MacRumors” nəşri üçün öz hesabatında nüfuzlu insayder Min-Çin Ko yazıb.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, mütəxəssis bildirib ki, “iPhone” üçün kamera obyektivləri tədarükçülərindən biri olan “Genius Electronic Optical” (GEO) məhsulun yoxlanması vaxtı problemlə üzləşib. Obyektivlərin şüşəsi sınaqlar vaxtı yüksək temperatur və rütubət şəraitində çatlamağa başlayıb. Problem 5,4 və 6,1 düym diaqonallı kiçik “iPhone 12” üçün tədarük edilən genişbucaqlı sensor örtüyünə təsir edib.
Keyfiyyət yoxlanması üzrə uğursuzluq smartfonların bazara tədarük müddətinə təsir etməyəcək, çünki “Apple” şirkəti, həmçinin digər obyektiv tədarükçüsü “Largan” ilə əməkdaşlıq edir. Min-Çi hesab edir ki, ABŞ korporasiyası “GEO” şirkətinin sifarişlərinin bir hissəsini “Largan” şirkətinə verəcək. 5,4 və 6,1 düym diaqonallı standart “iPhone 12” cihazlarının kütləvi istehsalı avqustun ortalarında başlayacaq, quraşdırma isə sentyabrın ortasından oktyabrın əvvəlinədək davam edəcək.
Emil Hüseynov