Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmtahanlarla bağlı məlumatlar artıq şəxsi səhifələrə göndərilir

İmtahanlarla bağlı məlumatlar artıq şəxsi səhifələrə göndərilir

Tarix: 10 Avqust 2020 11:34

Bakı. Trend:

Avqust ayının 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 14-17 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib.

Həmin tarixlərdə fizika, fransız dili, rus dili və biologiya fənləri üzrə test imtahanı keçiriləcək. Digər fənlər üzrə imtahan məlumatları növbəti günlərdə hissə-hissə mütəmadi olaraq şəxsi səhifələrə göndəriləcək.

Təhsil Nazirliyi test imtahanlarında iştirak edəcək hər bir namizədə uğurlar arzu edir!


Etiketlər:  İmtahanlarla bağlı məlumatlar artıq şəxsi səhifələrə göndərilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ