Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Polis reyd keçirib - FOTO

Polis reyd keçirib -  FOTO

Tarix: 10 Avqust 2020 21:46

Şabranda koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınmasına istiqamətində Operativ Qərargah tərəfindən təyin olunmuş qaydalara rayon ərazisində əməl olunması ilə bağlı reyd keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, reyddə Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov və Şabran Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Məhəmməd İbrahimov da iştirak ediblər.

Reyd əsasən rayon ərazisində xidmət göstərən ticarət mərkəzlərində və digər qapalı obyektlərdə baş tutub. Sakinlərə pandemiya ərəfəsində həyata keçirilən tədbirlər barəsində geniş məlumatlar verilib, onlarla maarifləndirici söhbətlər aparılıb. Eləcə də tibbi maskadan istifadənin və sosial məsafənin gözlənilməsinin vacibliyi diqqətə çatdırılıb.

Keçirilən reyd zamanı Operativ Qərargah tərəfindən təyin olunmuş qaydaları pozan sahibkarlar və rayon sakinləri barəsində qanun çərçivəsində tədbirlər görülüb.

Milli.Az


Etiketlər:  Polis reyd keçirib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ