Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2020 11:52
Bakı. Trend:
Fransanın paytaxtı Paris yaxınlığında yaşayış evində yanğın baş verib.
Trend-in məlumatına görə, hadisə nəticəsində iki nəfər həlak olub.
Gecə saatlarında başlayan yanğının qarşısını dörd saatdan sonra almaq mümkün olub.
Binada yaşayan bütün sakinlər təxliyə olunub. Yanğınsöndürmə və xilasetmə işlərinə 150-dən çox yanğınsöndürən cəlb olunub.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.