Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xabi Alonso Ardadan DANIŞDI: ''O, inanılmaz dərəcədə...''

Xabi Alonso Ardadan DANIŞDI: ''O, inanılmaz dərəcədə...''

Tarix: 22 Avqust 2025 14:32

"Real Madrid"in baş məşqçisi Xabi Alonso La Liqanın birinci turunda "Osasuna"ya qarşı keçirilən matçda Arda Gülərin performansına münasibət bildirib.

Sonxeber.net AS nəşrinə istinadən xəbər verir ki, mütəxəssis gənc türk futbolçunun oyunundan razı qaldığını açıqlayıb. Madriddə baş tutan görüş isə "Los Blankos"un 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

"Komandaya qoşulduğu gündən bəri Arda inanılmaz dərəcədə irəliləyiş göstərib. Bu, yalnız oyun texnikası baxımından deyil, həm də mövqe seçimi və topla davranışında özünü göstərir", - deyə Alonso bildirib.

O, əlavə edib ki, Gülər xüsusən də ilk hissədə parlaq təsir bağışlayıb və oyunun ən kritik anlarında düzgün qərarlar qəbul edib.

Xatırladaq ki, ötən mövsüm Arda Gülər "Real Madrid"in heyətində 44 qarşılaşmada iştirak edib, 5 qol vurub və 9 assistlə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilə qədər qüvvədədir, bazar dəyəri isə hazırda 45 milyon avro qiymətləndirilir.

Hüseyn


Etiketlər:  Xabi Alonso Ardadan DANIŞDI inanılmaz dərəcədə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ