Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT Livana 50 min ton un göndərəcək

BMT Livana 50 min ton un göndərəcək

Tarix: 11 Avqust 2020 14:36

Bakı. Trend:

BMT-nin Ümumdünya Ərzaq Proqramı Livanda ərzaq qıtlığı ilə mübarizə çərçivəsində 50 min ton buğda unu göndərəcək.

Trend-in məlumatına görə, paytaxt Beyrutun limanında baş vermiş güclü partlayış zamanı taxıl anbarlarının dağılması nəticəsində ölkə ərzaq qıtlığı ilə üz-üzə qalıb.

Ümumdünya Ərzaq Proqramının icraçı direktoru bildirib ki, Beyrut limanı iki həftə ərzində fəaliyyətini bərpa etməsə, ölkədə çörək qurtaracaq.

Eyni zamanda sığorta şirkətləri partlayış nəticəsində dəyən ziyanın 3 milyard dollara yaxın olduğunu hesablayıb.

Qeyd edək ki, avqustun 4-də Beyrutda baş vermiş partlayış nəticəsində azı 154 nəfər həlak olub, təxminən 5 min nəfər yaralanıb. Onlarla şəxs itkin düşüb, 300 min nəfər evsiz qalıb.


Etiketlər:  Livana göndərəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ