Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2020 16:52
"Azəri-Mərkəzi-Şərqi" (ACE) platforması üçün dayaq blokunun tikintisi başlayıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu "Bos Shelf" şirkətinin kommersiya meneceri Orxan Hüseynov Bakı Dərin Özüllər Zavodunda media-tur zamanı deyib.
Onun sözlərinə görə, tikinti layihəsinin 2021-ci ildə başa çatması gözlənilir:
"ACE layihəsi üçün dayaq bloklarının yola salınması gələn ilin sonunadək gözlənilir".
O.Hüseynov bildirib ki, "Ümid" layihəsi üzrə işlər davam edir. Layihənin ilkin mərhələsi gələn ilin ortalarında başa çatacaq.