Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu tərəvəz əhvalı yüksəldir

Bu tərəvəz əhvalı yüksəldir

Tarix: 11 Avqust 2020 21:42

Yemişin lətindəki faydalı maddələr insanın sinir sisteminə müsbət təsir edir və əhvalı yüksəldir.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, bunu Rusiyanın paytaxtı Moskvanın Səhiyyə Departamentinin dietoloqu Antonina Starodubova söyləyib.

"Yemişin faydası onun böyük çeşidli tərkibi ilə əlaqəlidir. Qovun A, C, B, E kimi vitaminlər, fol turşusu, beta-karotin, kalium, maqnezium, fosfor, kobalt, silisium kimi miniral maddələrin zəngin mənbəyidir", - dietoloq qeyd edib.

A.Starodubovanın sözlərinə görə, belə zəngin tərkibin sayəsində yemiş antioksidant xüsusiyyətlər, sidikqovucu təsirlərə malikdir, həmçinin sinir və ürək-damar sisteminə müsbət təsir göstərir, əhvalı yüksəldir, mədə-bağırsaq traktatının fəaliyyətini normallaşdırır. Bundan başqa, yemiş ateroskleroz və onkoloji xəstəliklərin inkişafına əngəl olur.

Bununla belə, mütəxəssis gündə 400 qramdan çox qovun yeməməyi tövsiyə edib.


Etiketlər:  tərəvəz əhvalı yüksəldir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ