Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tvitter hökumətyönlü media və jurnalistləri qeyd etməyə başladı

Tvitter hökumətyönlü media və jurnalistləri qeyd etməyə başladı

Tarix: 11 Avqust 2020 21:56

Tvitter sosial şəbəkəsi hakimiyyətlə bağlı olan media və jurnalistlərin hesablarını qeyd etməyə başlayıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, yeni qayda, Çin, ABŞ, Böyük Britaniya, Rusiya və Fransadan olan hesablara aiddir.

"Bu yenilik, insanların geosiyasi məsələlərin müzakirə olunduğu profili görməsi və onun dövlət mənşəyini anlaması üçün mühüm addımdır. Hesabların qeyd olunması profilin hansı dövlətin maraqlarının təqdim etdiyini başa düşməyə kömək edəcək", - deyə Tvitter bloqunda deyilir.

Qeyd edək ki, Rusiya dövlət KİV-ləri, o cümlədən "TASS" və "Russia Today" artıq öz Tvitter nişanını alıb.


Etiketlər:  Tvitter hökumətyönlü media jurnalistləri qeyd etməyə başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ