Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koutinyo "Barselona"ya qarşı oynaya bilər?

Koutinyo

Tarix: 12 Avqust 2020 15:02

İcarə əsasında "Bavariya"da çıxış edən Filipp Koutinyo müqavilə ilə məxsus olduğu "Barselona"ya qarşı Çempionlar Liqasının 1/4 final matçında oynaya bilər.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Kataloniya təmsilçisinə məxsus olmasına baxmayaraq, onun icarə müqaviləsində Avropa turnirlərində "Barselona"ya qarşı oynamamaq qadağası yoxdur. Beləliklə, baş məşqçi Hans Diter Flik şans verəcəyi təqdirdə, o, sözügedən görüşdə meydanda olacaq.

Qeyd edək ki, "Barselona" - "Bavariya" oyunu avqustun 14-ü keçiriləcək.

 


Etiketlər:  Koutinyo Barselonaya qarşı oynaya bilər


RƏYLƏR