Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus un daha bir fəsadı

Koronavirus un daha bir fəsadı

Tarix: 12 Avqust 2020 23:06

Androloqlar koronavirusun kişi reproduktiv sisteminə fəsadı barədə ortaq fikrə gəliblər. Koronavirusa yoluxmuş kişi cinsində virus bir çox fəsadlar yarada bilər ki, bunlardan biri də spermatozoidlərə təsiridir.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, yeni tip koronavirus kişi spemində aşkarlanıb.

Amerika, Çin və Rusiya həkimlərinin rəylərinə görə, yoluxmuş kişilərin 15%-də xəstəliyin kəskin mərhələsində sperma analizində virus tapılıb. Sağalanların isə 8%-də virus spermatozoidlərdə bir müddət qalır.

Amma bu hələ o demək deyil ki, bu halda koronavirus cinsi yolla ötürülə bilər. Virus həqiqətən spermdə aşkarlana bilir, lakin bu bütün kişilərə aid deyil.

Koronavirus ilk olaraq respirator orqanlara keçir, daha sonra ürək, bağırsaq, cinsiyyət üzvlərinə çatır.

Amma yenə də yoluxmuş kişi xəstələr ən azı 1 ay cinsi münasibətlərdən uzaq durmalıdır.

Hələ 2020-ci ilin martında Çin mütəxəssisləri yeni virusun kişi yumurtalıqarına mənfi təsir etdiyini və gələcəkdə sonsuzluq yarada biləcəyini elmi tədqiqatla sübut etmişdilər.


Etiketlər:  Koronavirus daha fəsadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ