Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bunlar baş verirsə, deməli koronavirusa tutulmusunuz - DİQQƏT

Bunlar baş verirsə, deməli koronavirusa tutulmusunuz - DİQQƏT

Tarix: 13 Avqust 2020 00:00

Dünyada sürətlə yayılan COVID-19 pandemiyası ilə bağlı alimlərin araşdırmaları davam edir. Ümumi mənada xəstəliyin ilkin olaraq özünü qrip və soyuqdəymə kimi büruzə verdiyi müşahidə olunur. Bununla belə, bir çox insan bu virusa yoluxmanın necə baş veriyini bilmir.

Sonxeber.net axar.az-a istinadən koronavirusa yoluxan insanların günbəgün hansı simptomlarla üzləşdiyini təqdim edir:

1-3-cü gün soyuqdəymə və qrip kimi özünü göstərir. Yüngül qızdırma və boğaz ağrısı müşahidə olunur. İmmunitet zəifdirsə, ürək bulanması və qusma baş verir.

4-cü gün boğaz ağrısı şiddətlənir, səs boğulur. Yemək və içməkdə çətinlik yaranır. Yüngül baş ağrısı ilə birlikdə, qusma başlayır.

5-ci gün boğaz ağrısı şiddətlənir. Yemək və içmək olduqca ağrılı bir hal alır. Bədəni tərpətmək, hərəkət etdirmək ağrılı olur. Əzələ ağrıları hiss olunur.

6-cı gün quru öskürək başlayır. Danışarkən və udqunarkən boğaz ağrısı şiddətlənir. Şiddətli halsızlıq olur. Zaman-zaman nəfəs almaq çətinləşir. Ürək bulanması və qusma çoxalır.

7-ci gün qızdırma 38 dərəcəyə yüksəlir. Öskürək və bəlğəm şiddətlənir.

8-ci gün nəfəs almaq çox çətinləşir. Döş qəfəsində şiddətli ağrılar baş verir. Öskürən zaman baş, əzələ ağrıları hiss olunur.

9-cu gün bütün simptomlar şiddətlə artır, üz və ya dodaqlar göyərir... Qeyd edək ki, bu simptomları özünüzdə müşahidə etdiyiniz təqdirdə dərhal təcili tibbi yardıma müraciət edin.


Etiketlər:  Bunlar baş verirsə deməli koronavirusa tutulmusunuz DİQQƏT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ