Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tovuzda minaatan mərmisi tapılıb (FOTO)

Tovuzda minaatan mərmisi tapılıb (FOTO)

Tarix: 13 Avqust 2020 02:36

Bakı. Trend:

2020-ci il 12 Avqust tarixində saat 15:45-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz şəhəri, Xəqani küçəsi ev 8 mənzil 26-da zirzəmidə mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Trend-ə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində partlayıcı maddə olmayan (boş) 82 mm-lik minaatan mərmisi (O-832) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaatan mərmisinin ətrafında 12 kv.m əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Tovuzda minaatan mərmisi tapılıb (FOTO) - Gallery Image Tovuzda minaatan mərmisi tapılıb (FOTO) - Gallery Image Tovuzda minaatan mərmisi tapılıb (FOTO) - Gallery Image Tovuzda minaatan mərmisi tapılıb (FOTO) - Gallery Image Tovuzda minaatan mərmisi tapılıb (FOTO) - Gallery Image Tovuzda minaatan mərmisi tapılıb (FOTO) - Gallery Image Tovuzda minaatan mərmisi tapılıb (FOTO) - Gallery Image Tovuzda minaatan mərmisi tapılıb (FOTO) - Gallery Image Tovuzda minaatan mərmisi tapılıb (FOTO) - Gallery Image Tovuzda minaatan mərmisi tapılıb (FOTO) - Gallery Image Tovuzda minaatan mərmisi tapılıb (FOTO) - Gallery Image


Etiketlər:  Tovuzda minaatan mərmisi tapılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ