Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Windows 10 daha bir ənənəvi funksiyadan məhrum olundu

Windows 10 daha bir ənənəvi funksiyadan məhrum olundu

Tarix: 13 Avqust 2020 08:44

Windows 10-un sistem yenilənmələri istifadəçilərə yeni funksiyalar gətirməkələ yanaşı bəzən ənənəvi funksiyaları da deaktiv edirlər. Windows 10-un yeni təqdim edilmiş sistem yenilənməsində idarəetmə panelinin vacib komponentlərindən biri deaktiv edilib. Söhbət, kompüterlərə drayverlərin yazılması ilə bağlı özəllikdən gedir. Bu barədə 4pda saytı xəbər verib.

Beləliklə Windows 10-un 19041.423 versiyasından başlayaraq drayverlərin internet vasitəsilə avtomatik yenilənmələri deaktiv edilir. Bundan sonra proqram təminatının yeni versiyalarını Device Manager-dən yalnız o halda quraşdırmaq olacaq ki, onlar öncədən kompüterin yaddaşına yüklənmiş olsunlar. Proqram təminatlarının Microsoft serverlərinə keçidləri isə bloklanıb və bu özəllik kontekst menyudan yığışdırılıb.

Drayverlərin internet vasitəsilə yenilənmələrinin yoxlanılmasını istifadəçi fərdi şəkildə reallaşdırmalı olacaq. O bunu sistem menyusunun ayarlarındakı məcburi olmayan yenilənmələr səhifəsində edə biləcək. Microsoft şirkəti bu cür dəyişikliyin nəyə görə edildiyi barəsində bir məlumat verməyib. Lakin insayderlərin məlumatlarına əsasən bunun əsas səbəbi mövcud olan drayverlərin quraşdırılmış təchizatla uyğunlaşmamaları nəticəsində ortaya çıxan xətalardır.

Milli.Az


Etiketlər:  Windows 10 daha bir ənənəvi funksiyadan məhrum olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ