Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İnstaqram professional kamera rejimini test edir

İnstaqram professional kamera rejimini test edir

Tarix: 13 Avqust 2020 08:56

İnstaqram sosial şəbəkəsi Pro kamera rejimi üzərində işləyir.

Milli.Az ted.az-a istinadən bildirir ki, hazırda yeni funksiya sınaq mərhələsindədir.

Pro kamera rejimi professional fotoqraflar üçün alətlər paketi kimi nəzərdə tutulub. Məlumata əsasən, İnstaqram tətbiqinin "Hekayələr" bölməsində yeni parametrlər əlavə olunacaq: diafraqma, işıq həssaslığı, zoom və görüntü temperaturu.

Nəzərinizə çatdıraq ki, hazırda kamera parametrləri yalnız proqramın beta versiyasında bəzi istifadəçilər üçün mövcuddur. Yeniliyin rəsmi olaraq nə vaxt təqdim olunacağı hələ ki məlum deyil.

Milli.Az


Etiketlər:  İnstaqram professional kamera rejimini test edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ