Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“iPhone 12” smartfonunun gücü açıqlanıb

“iPhone 12” smartfonunun gücü açıqlanıb

Tarix: 13 Avqust 2020 13:03

Yeni "Apple" smartfonunun gücü kompüterin məhsuldarlığına bərabər olacaq. Bu barədə "PhoneArena" nəşrinin "komiya_kj" təxəllüslü "Twitter" blogerinə istinadən məlumatında deyilir.

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta www.lenta.ru" resursuna istinadən yazır ki, "iPhone 12" seriyalı qurğularda "A14" çipindən istifadə ediləcək. Bu prosessor "iPhone 11" və "SE" qurğularında istifadə edilən aktual "A13" çipindən daha məhsuldar olacaq. Məsələn, blogerin proqnozuna görə, prosessorun hesablama gücü 40 faiz, qrafik sürətləndiricinin isə 50 faiz artacaq.

Jurnalistlərin ehtimallarına görə, yeni çiplər "Apple" smartfonlarının məhsuldarlığını "MacBook Air" noutbukları səviyyəsinə qaldıracaq. Onların fikrincə, "iPhone" smartfonunun qrafik sürətləndiricisi böyük əhəmiyyətə malikdir, çünki şirkət əsasən "Apple Arcade" oyun platformasının inkişafına üstünlük verir.

Mütəxəssislər qeyd edib ki, yeni "Apple" smartfonlarında bütün qurğu komponentlərinin, o cümlədən prosessorun enerji sərfiyyatı optimallaşdırılacaq. "iPhone"da çiplərin hazırlanması üçün istifadə ediləcək 5 nanometrlik texnoloji prosesin texniki xüsusiyyətlərinə görə prosessorlar əvvəlki "A13" prosessorları ilə müqayisədə 15 faiz sürətli və 30 faiz enerjiyə qənaətcil olacaq.

Nizam Nuriyev




Etiketlər:  iPhone smartfonunun gücü açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ