Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2019 12:44
Gürcüstan yüksək liqasının dünən və srağagün keçirilən oyunlarına üç komanda – “Torpedo” (Kutaisi), “Rustavi” və Tbilisi “Lokomotiv”inin futbolçuları meydana antirusiya şüarları ilə çıxıblar.
Qol.az-ın xəbərinə görə, komandaların formalarının üzərində “Biz Gürcüstandanıq. Rusiya bizim ölkəni işğal edib” sözləri yazılıb.
Daha sonra Gürcüstan Futbol Federasiyasının saytı “Lokomotiv”in matçından fotoları “Biz torpaqlarımızın 20 faizinin işğal olunmasını unutmuruq” sözləri ilə paylaşıb.
Xatırladaq ki, rusiyalı deputatın Gürcüstan parlamentindəki beynəlxalq tədbir zamanı bu ölkənin parlamenti sədrinin yerində oturması etirazlara səbəb olub.
Yuxarı