Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Flora Kərimova: “Bunu utana-utana deyirəm...”

Flora Kərimova: “Bunu utana-utana deyirəm...”

Tarix: 13 Avqust 2020 22:54

"Bu yaxınlarda bilmişəm ki, yaxşı oxuyuram. Bir-iki ildir anladım. Buna inanmayacaqsınız, amma həqiqətən belədir".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova "Kinomən" proqramında deyib. Sənəti ilə bağlı suallara bu cür cavab verən müğənni tərifi sevmədiyini söyləyib:

"Bunu utana-utana deyirəm: nə filmə, nə televizora baxa bilirəm. Təriflərdən zəhləm gedir. Gözümün önündə o qədər səmimiyyətdən uzaq komplimentlər deyilib ki... Səhnə arxasında isə o müğənnini yıxıb-sürüyüblər. Adam rəhmətə gedib deyə adını çəkmirəm. Onun səhnə davranışında, görünüşündə, danışığında, oxumağında...

Balaca olanda səhnəyə çıxanda deyirdilər, nələr etdin, səndən yoxdur. Özümü itirirdim, qaçırdım. Birdən-birə ikiüzlülük gördüm. Nə ailədə, nə evdə görmüşdüm".


Etiketlər:  Flora Kərimova Bunu utana utana deyirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ