Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu gün dünyanın ən xoşbəxt insanı mənəm''

''Bu gün dünyanın ən xoşbəxt insanı mənəm''

Tarix: 14 Avqust 2020 16:42

"Leyptsiq"in baş məşqçisi Yulian Naqelsmann Çempionlar Liqasının 1/4 finalında "Atletiko"ya qalib gələrək növbəti mərhələyə yüksəldikləri oyunu (2:1) şərh edib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, matçla bağlı bunları deyib: "Bu gün dünyanın ən xoşbəxt insanı mənəm. İlk hissədə çox şansımız olmadı, amma yaxşı müdafiə olunduq. "Atletiko"ya qarşı oyunlarda istədiyin qədər qol epizodu yaratmaq çətindir.Rəqibin qapısının yaxınlığında bir az daha təhlükəli idik. Yarımfinalda olmağımız yaxşıdır. Bu qələbəni qeyd etmək üçün çox vaxtımız olmayacaq. Bəlkə oteldə birlikdə pivə içəcəyik və sonra PSJ ilə oyunu düşünəcəyik".

33 yaşlı mütəxəssis növbəti mərhələdə qarşılaşacaqları PSJ ilə matçın çətin keçəcəyini söyləyib: "Sürətli müdafiə olunmalıyıq. Rəqibin xeyli ulduz futbolçusu var. Qarşıda çətin oyunumuz var, amma planlarımız olacaq".


Etiketlər:  gün dünyanın xoşbəxt insanı mənəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ