Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2020 17:58
Moldova çempionatı müvəqqəti olaraq dayandırılıb.
Qol.az xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb.
Koronavirus pandemiyası səbəbindən milli divizionda sentyabrın 11-dək fasilə elan olunub. Klubların müraciətindən sonra federasiyanın Fövqəladə Komitəsi çempionatın 9 və 10-cu turlarını təxirə salıb.
Moldovanın avrokubok təmsilçiləri "Şerif", "Sfintul George", "Petrokub" və "Dinamo-Avto" komandaları beynəlxalq oyunlaradək karantin rejimində hazırlaşa biləcəklər.
Xatırladaq ki, "Şerif" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"ın potensial rəqibidir. Ağdam klubu ilk mərhələdə Makedoniya "Sileks"ini keçəcəyi halda növbəti raundda "Şerif" - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.