Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2020 22:32
"Leyptsiq"in çalışdırıcısı Yulian Naqelsmann komandası Çempionlar Liqasının yarımfinalına çıxan ən gənc baş məşqçi olub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, onun rekordu ötən gecə ÇL-in 1/4 finalında "Atletiko"ya qalib gələrək (2:1) yarımfinala yüksəldikləri oyunda qeydə alınıb.
Almaniyalı məşqçi 33 yaş 21 günlüyündə buna nail olub. Buna qədər isə sözügedən rekord Didye Deşama məxsus idi. Hazırda Fransa millisini çalışdıran Deşam 2003-2004 mövsümündə "Monako"nu yarımfinala çıxaranda 35 yaşında olub.
Qeyd edək ki, "Leyptsiq" yarımfinalda PSJ ilə qərşılaşacaq. Görüş avqustun 18-də keçiriləcək.