Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT TŞ-da İrana qarşı silah embarqosunun müddəti uzadılmayıb

BMT TŞ-da İrana qarşı silah embarqosunun müddəti uzadılmayıb

Tarix: 15 Avqust 2020 07:48

ABŞ-ın İrana qarşı silah embarqosunu uzadılması üzrə qətnaməsi BMT Təhlükəsizlik Şurasında lazımi sayda səs toplaya bilməyib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu İndoneziyanın BMT yanında daimi nümayəndəsi Dian Trianşax Cani deyib.

Daimi nümayəndə bildirib: "İki ölkə qətnamənin lehinə, iki ölkə də əleyhinə səs verib, daha 11 ölkə səsindən istifadə etməyib. Beləliklə, sənəd qəbul edilməyib".

Bildirilir ki, qətnamənin lehinə ABŞ və Dominikan Respublikası, əleyhinə Rusiya və Çin səs veriblər.


Etiketlər:  İrana qarşı silah embarqosunun müddəti uzadılmayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ