Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2019 15:44
Bakı. Trend:
Bu gün “Minsk 2019”- İkinci Avropa Oyunlarının dördüncü günündə Azərbaycanın iki cüdoçusu yarımfinala keçid alıb.
Trend-in məlumatına görə, qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) səkkizdəbir finalda almaniyalı Yasmin Kuelbsi, dörddəbir finalda isə britaniyalı Sara Adlinqtonu ipponla məğlub edib. O, finala vəsiqə uğrunda Belarus təmsilçisi Marina Slutskaya ilə qarşılaşacaq.
Həmçinin, 100 kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizi təmsil edən Uşangi Kokauri dörddəbir finalda hollandiyalı Roy Meyeri məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda onun rəqibi rusiyalı İnal Tasoyev olacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin