Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2020 14:52
Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində keçirilən "Barselona" - "Bavariya" oyununun nəticəsi bir çox statistik göstəricilərə səbəb olub.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, 2:8 hesabı ilə başa çatan qarşılaşmada ispanlar antirekordlara, almanlar isə rekordlara imza atıb.
- "Bavariya" Çempionlar Liqasının pley-off mərhələsində bir matçda 8 qol vuran ilk komanda olub.
- "Atletiko" və "Real"dan sonra "Barselona" da mübarizəni dayandırıb. Bu, o deməkdir ki, ardıcıl ikinci il İspaniya klubu finalda iştirak etməyəcək. Halbuki bundan əvvəl La Liqa təmsilçiləri ardıcıl 5 mövsüm həlledici qarşılaşmada meydana çıxıb.
- 15 ildən sonra ilk dəfə "Barselona"nın kapitanı Lionel Messi və komandası 1/8 finalda mübarizəni dayandıran Kriştianu Ronaldunun ("Yuventus") hər ikisi ÇL-də yarımfinal üzü görməyəcək. Axırıncı dəfə 2004/05 mövsümündə bu hal baş verib.
- Messi ardıcıl 5-ci mövsümdə Avropanın ən nüfuzlu klub turnirinin qalibi ola bilməyəcək.
- Oyunda qollardan birinin müəllifi olan "Bavariya"nın hücumçusu Robert Levandovski bu turnirdə Münhen klubunun heyətində qol sayını 50-yə çatdırıb. ÇL-də ümumilikdə 67 dəfə fərqlənən 31 yaşlı forvard bu baxımdan 4-cü pilləyə yüksəlib. Polşalı yalnız Raul Qonzales (71 qol), Lionel Messi (115) və Kriştianu Ronaldodan (130) geri qalır.
- "Barselona" bu mövsüm titulsuz qalıb. Komanda La Liqa və İspaniya Kral Kubokunda da uğursuz nəticə göstərib. Kataloniyalılar buna qədər sonuncu dəfə 2013/14 mövsümünü kuboksuz başa vurub.
- "Barselona" 1946-cı ildən sonra ilk dəfə bir rəsmi matçda qapısında 8 qol görüb. Komanda həmin vaxt İspaniya Kral Kubokunda "Sevilya"ya 0:8 hesabı ilə uduzub.
- Lionel Messi karyerası ərzində ən böyükhesablı məğlubiyyətini alıb. Leonun ən uğursuz göstəricisi 2009-cu ildə Argentina millisinin heyətində Boliviya ilə görüşdə (1:6) olub.