Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2020 19:16
Samsung şirkəti təkcə smartfon istehsalı ilə məşğul olmur. O həmçinin öz bəzi smartfonlarında Qualcomm prosessorlarının analoqu kimi çıxış edən Exynos prosessorlarının istehsalını da reallaşdırır. Bəzi insayderlərin məlumatlarına əsasən ABŞ-ın Qualcomm şirkəti ilə ciddi rəqabətə girmək və yeni nəsil mobil prosessor yaratmaq üçün Samsung yaxın zamanda ARM və AMD kimi böyük istehsalçılar ilə birləşəcək. Bu barədə Androidcentral saytı xəbər verib. Keçən ilin noyabr ayında Samsung rəsmi olaraq bildirmişdi ki, o, Exynos prosessorları üçün fərdi nüvələrin istehsalatlarını dayandırır.
İnsayderlərin verdikləri məlumatlara əsasən yeni nəsil Exynos prosessorları üçün ARM ilə birlikdə Cortex-X nüvələrini hazırlayaraq Samsung şirkəti artıq istehsalı dayandırılmış fərdi nüvələrə ideal analoq tapıb. Məlumata əsasən yeni nəsil Exynos prosessorlarının daha bir üstünlükləri ondan ibarət olacaq ki, onlar AMD tərəfindən yaradılmış qrafik sürətləndiriciyə sahib olacaqlar. Bu üsul ilə Samsung şirkəti Qualcomm-la ciddi rəqabətə girməyi planlaşdırır.
Məlumata əsasən ARM və AMD ilə birlikdə Cortex-X əsasında yaradılan yeni Eynos prosessorlar Cortex-A77 ilə müqayisədə 30% daha yüksək hesablama performansı sərgiləcəyəcəklər. Məlumatda qeyd edilib ki, hətta ARM-in sonuncu Cortex-78-i də performans baxımından yeni nəsil Exynos-da olacaq nüvələrdən geridə qalacaq. Gözləntilərə əsasən yeni nəsil Exynos prosessorları gələn il təqdim olunacaqlar. Çox güman ki, həmin prosessorlar ilk olaraq Galaxy S30 seriyasının smartfonlarına quraşdırılacaq.