Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2020 22:52
Avqustun ilk həftəsində noutbuklara, tabletlərə və kompüter komponentlərinə maraq əhəmiyyətli dərəcədə artıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə Aliexpress elektron ticarət resursunun mətbuat xidməti məlumat yayıb.
Belə ki, noutbuklara tələbat iyulun son həftəsinə nisbətən 2,2 dəfə artıb. Ən populyar kompüterlər 14 və ya 15,6 düymlük ekran ölçüsünə mallik modellərdir.
Kompüter elementlərinin, yəni qrafik kartların, ana kartların, prosessorların və operativ yaddaşın satışı 20% artıb. Planşetlərə tələbat 43% artıb, - istifadəçilər ən çox 10,1 və 8 düymlük ekrana malik olan planşetlərlə maraqlanıblar.
Kompakt cihazların populyarlığının bu cür artmasını AliExpress ekspertləri tədris ili üçün hazırlıq dövrü ilə izah edirlər.