Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Erməni Milli Konqresi''nin üzvü Paşinyanın BBC-yə verdiyi müsahibəni tənqid edib

''Erməni Milli Konqresi''nin üzvü Paşinyanın BBC-yə verdiyi müsahibəni tənqid edib

Tarix: 15 Avqust 2020 23:39

"Erməni Milli Konqresi"nin üzvü Levon Zurabyan Ermənistanın Baş Naziri Nikol Paşinyanın BBC-nin HARD Talk proqramına verdiyi müsahibəni tənqid edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə L. Zurabyan öz "Facebook" səhifəsində yazıb.

O bildirib ki, müsahibədən aldığı təəssürat çox ağır olub:

"Nəhayət Paşinyanın müsahibəsini izlədim. Təəssüratım çox ağır idi. Uğursuz müsahibənin bir neçə səbəbi var - İngilis dilinin qeyri-kafi səviyyəsi, cavabların məzmunu, baş nazirin əvvəlki addımları və buna görə indi özünə bəraət qazandırması".

Onun sözlərinə görə, ən üzücü məqam odur ki, N.Paşinyan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini bilmir, tənzimləmə və aydın siyasət barədə anlayışa sahib deyil.

Konqres üzvü Ermənistan xarici işlər nazirinin bir neçə ay əvvəl eyni proqram çərçivəsində etdiyi çıxışını da xatırladaraq bildirib: "Nə Zohrab Mnatsakanyan, nə də Paşinyan Qarabağ münaqişəsinin mahiyyətini təqdim etmək fürsətindən istifadə edə bilmədilər".

L.Zurabyan qeyd edib ki, Ermənistanın imici baxımından bu iki müsahibə baş tutmasaydı daha yaxşı olardı.

Milli.Az


Etiketlər:  Erməni Milli Konqresinin üzvü Paşinyanın verdiyi müsahibəni tənqid edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ