Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gəncə sakinindən 64 ədəd çətənə bitkisi götürülüb (FOTO)

Gəncə sakinindən 64 ədəd çətənə bitkisi götürülüb (FOTO)

Tarix: 16 Avqust 2020 10:27

Bakı. Trend:

Gəncə şəhər Baş Polis İdarəsinin (BPİ) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə polis əməkdaşları qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib becərən şəxs saxlayıblar.

Belə ki, şəhər sakini, əvəllər məhkum olunmuş Azər Əhmədlinin yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı kultivasiya yolu ilə becərilmiş, ümumi çəkisi 93 kq 330 qram olan 64 ədəd çətənə bitkiləri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Gəncə sakinindən 64 ədəd çətənə bitkisi götürülüb (FOTO) - Gallery Image Gəncə sakinindən 64 ədəd çətənə bitkisi götürülüb (FOTO) - Gallery Image Gəncə sakinindən 64 ədəd çətənə bitkisi götürülüb (FOTO) - Gallery Image


Etiketlər:  Gəncə sakinindən 64 ədəd çətənə bitkisi götürülüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ