Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mif dağıdıldı, yeyin-için, kef edin...

Mif dağıdıldı, yeyin-için, kef edin...

Tarix: 16 Avqust 2020 17:15

Rusiyalı dietoloq Anastasiya Çernıx bu vaxta qədər arıqlama haqqında olan mifləri dağıdacaq açıqlama verib.

Sonxeber.net Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, onun sözlərinə görə, ən böyük səhv ac qalmaqla arıqlamağın mümkün olacağını düşünməkdir.

"Biz acdığımız zaman maddələr mübadiləsi daha yavaşlayır, orqanzim stress vəziyyətində ehtiyat enerjiyə keçir. Bu zaman çəkinin düşməsi isə, əzələ kütləsi və suyun itirilməsi ilə bağlı olur. Yağ kütləsi dəyişilməz olaraq qalır" - o qeyd edib.

İkinci dağıdılmış mif isə axşam saat 6-dan sonra qidalanmamaqla bağlıdır.

Həkim bildirib ki, belə qidalanma rejimi hər kəsin orqanizminə uyğun olmaya və artıq qadağa orqanizmə zərər vura bilər: "Ən əsası axşamlar asanlıqla həzm oluna bilən protein tərkibli qidaların qəbul edilməsidir. Məsələn, balıq və nişastalı olmayan tərəvəzlər: pomidor, xiyar, bibər yemək olar".

Dietoloqun fikrincə, az yağlı qidalar istehsalçılara fayda versə də, nişasta və şəkərin çox olması səbəbindən arıqlamaq istəyənlərə zərər verə bilər.

Mütəxəssis qeyd edib ki, sağlamlığına zərər vermədən arıqlamaq istəyən şəxslər dietoloqa müraciət etməli, müayinədən keçməli və tələb edilən analizləri verməlidir.


Etiketlər:  dağıdıldı yeyin için edin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ