Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aynişanla Kənan barışdı: İcazə verin, həyatımıza davam edək

Aynişanla Kənan barışdı: İcazə verin, həyatımıza davam edək

Tarix: 16 Avqust 2020 21:30

Ayrıldıqları iddia edilən Aynişan Quliyeva və Kənan Əliyev cütlüyü barışıb.

Sonxeber.net azxeber.com-a istinadən xəbər verir ki, cütlük sosial media hesabında bir-birlərini izləməyə alıblar. 

Kənan isə son paylaşımında məsələyə aydınlıq gətirib:

"Günlərdir bu barədə yazılır, danışılır. Amma biz heç birimiz hadisənin bu qədər böyüdülüb, danışılacağını istəməzdik. Ən azı buna səbəb olacaq xüsusi nəsə etməmişik. Əlbəttə ki, hər ailədə söz-söhbət, xırda inciklik olur. 

Daha sonra belə hallar cütlüklərin daha birliklərinin içdən bilməsini təsir edir. 

Hər şey də bir xeyir var misalı kimi...

Bu məsələni bəzi insanlar bu qədər böyüdüb və daha sonra o da bizi ittiham etməyə başladılar. 

Biz də gəncik, insanıq çılğınlığımız var. Bu günə qədər instagramdan və whatsappdan bir-birini silən olmayıb? Bir-birimizə ictimai hörmətsizlikmi etdik? Ünvanlarımıza xoşagəlməz sözlərmi işlətdik? Bu ssenarini biz yox, siz yazdız. İcazə verin dağılmamış həyatımıza qaldığımız yerdən davam edək. İnstagramdan və telefon yaddaşından çıxartmaq, ürəydən silmək deyil".


Etiketlər:  Aynişanla Kənan barışdı İcazə verin həyatımıza davam edək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ