Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2020 10:30
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"la qarşlaşacaq "Sileks" Bakıya yola düşüb.
Qol.az xəbər verir ki, Şimali Makedoniya klubunu gətirən təyyarə bir qədər əvvəl havaya qalxıb.
Yerli mətbuat çarter reysi ilə paytaxtımıza səfər edən komanadada itki olmadığını yazıb.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" oyunu saat 20:00-da başlayacaq.