Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2020 11:20
“Pelister”lə arzuolunmaz heç-heçədən (Şimali Makedoniya liqasının ikinci turunda) sonra biz psixoloji durumumuzu düzəldirik. İndi hər şey geridədir və bütün fikirlərimizi “Qarabağ”la oyuna kökləmişik”.
Qol.az-ın gol.mk saytına istinadən yaydığı xəbərə görə, bu sözləri Şimali Makedoniyanın “Sileks” komandasının baş məşqçisi Qoran Simov deyib.
“Sileks” Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Qarabağ”a rəqibdir. Sabah bu komandalar Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər. Görüş 20.00-da başlanacaq.
Qarşıdakı oyunla bağlı fikirlərini açıqlayan 45 yaşlı mütəxəssis Ağdam klubunu favorit saydığını söyləyib: “Qarabağ”la oyunda möcüzəyə ümid etməliyik. Çünki futbolda belə şeylər olur. Bizim aramızda cəmi bir matç oynanılacaq. Mən komandamı intizamlı, yaxşı səviyyədə çıxış edən görmək istəyirəm. Bu zaman biz əməyimizin qiymətini alıb-almayacağımıza şahid olacağıq”.