Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldu satılmır

Ronaldu satılmır

Tarix: 17 Avqust 2020 21:06

"Yuventus"un hücumçusu Kriştianu Ronaldu karyerasını hazırkı klubunda davam etdirmək niyyətindədir.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu günlərdə portuqaliyalı futbolçu ilə yeni baş məşqçiləri Andrea Pirlo arasında telefon danışığı olub. Telefon zəngi zamanı futbolçunun Turin komandasındakı gələcək karyerası da müzakirə edilib. 41 yaşlı mütəxəssis Ronaldunu əmin edib ki, o, "Yuventus"un əsas oyunçularından biri olaraq qalacaq və klub onu satmaq niyyətində deyil.

Portuqaliyalının transferə çıxarıcağı barədə söhbətlərə önəm vermədiyi də bildirilib. Qeyd edilib ki, Pirlonun təyinatı onun ürəyincə olub.

Qeyd edək ki, İtaliya mediasında "Yuventus"un yüksək maaş alması səbəbindən Ronaldunu satmaq niyyətində olduğu iddia edilib.


Etiketlər:  Ronaldu satılmır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ