Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2020 08:08
Braziliya şirkəti dronların köməyi ilə qida məhsullarının çatdırılmasına icazə alıb. Sınaqlar uğurlu olduğu halda pilotsuz uçan aparatlar ölkənin 200 şəhərinə qida məhsulları daşıyacaq.
Braziliyanın "iFood" startapı pilotsuz uçan aparatlardan istifadəyə əsaslanan eksperimental uçuşlara başlamaq üçün Braziliyanın Milli Mülki Aviasiya Agentliyindən (ANAC) icazə alıb. Startap qida məhsullarını çatdıracaq.
"iFood" startapının tərəfdaşları olan "Speedbird Aero" və "AL Drones" icazənin alınmasına təxminən 1 il vaxt sərf ediblər. Şirkətlər ANAC-ın iştirakı ilə layihə çərçivəsində sınaq uçuşları keçiriblər və avqustun 5-də eksperimental uçuşlar üçün sertifikat əldə ediblər.
2020-ci ilin sonunadək eksperimental uçuşlar iki müxtəlif senari üzrə həyata keçiriləcək. Pilotsuz təyyarələr logistik əməliyyatın effektivliyinin artırılması üçün nəzərdə tutulub: avadanlıq çatdırılma marşrutunun birinci mərhələsini yerinə yetirəcək, bundan sonra kuryer məhsulu çatdıracaq.