Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2020 11:00
İtaliya "İnter"i son 10 ildə ilk dəfə avrokubokların finalına çıxıb.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, komanda ötən gecə Avroliqanın yarımfinalında "Şaxtyor"a 5:0 hesabı ilə qalib gələrək buna nail olub.
"İnter" bundan əvvəl sonuncu dəfə 2010-cu ildən Avrokubokların finalına yüksəlmişdi. Həmin vaxt komanda Joze Mourinyonun rəhbərliyi altında Çempionlar Liqasının finalında "Bavariya"ya 2:0 hesabı ilə qalib gəlmişdi.