Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2020 12:06
"Barselona"nın sabiq oyunçusu Samuel Eto'o Lionel Messinin kapitanı olduğu Kataloniya klubundan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.
Qol.az "TyC Sport"a istinadən xəbər verir ki, o, argentinalı hücumçunun komandada qalmalı olduğunu deyib:
"Messini öz övladım kimi sevirəm və onun üçün ən yaxşısını arzulayıram. "Barselona" demək, Messi deməkdir. O, "Barselona"dan ayrılmağa qərar versə, klub adını dəyişdirməli olacaq. Messinin karyerasını "Barselona" bitirməsi üçün mümkün olan hər şeyi etmək lazımdır. Ümid edirəm ki, rəhbərlik klubun yaxşılığı üçün qərarlar qəbul edəcək".