Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2020 13:28
Bakı. Elçin Mehdiyev - Trend:
İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2020-ci ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 3 faiz artaraq 1 milyard 232,1 milyon manat təşkil edib.
Trend-in məlumatına görə, göstərilmiş xidmətin 72 faizi əhali tərəfindən istehlak olunub. Bu sahədə əldə edilmiş gəlirin 80,3 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 42 faizi və ya 517,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.