Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxıstanda baş verən partlayışlar nəticəsində ölənlərin sayı 2-yə çatdı

Qazaxıstanda baş verən partlayışlar nəticəsində ölənlərin sayı 2-yə çatdı

Tarix: 25 Iyun 2019 08:24

Bakı. Trend:

Qazaxıstanın Arıs şəhərində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu hökümət iclasında ölkənin baş naziri Askar Mamin deyib.

Daha əvvəl 1 nəfərin öldüyü bildirilirdi.

A.Mamin bildirib: "Təəssüf ki, ölənlər avr - bir mülki vətəndaş, bir hərbçi. Doğmalarına və yaxınlarına səmimi başsağlığı verirəm".

Baş nazir qeyd edib ki, partlayışlar nəticəsində xəsarət alanlar tibbi yardım göstərilir: "Arıs şəhərinin sakinləri təhlükəsiz yerlərə təxliyə ediliblər".

Qeyd edək ki, ötən gün Qazaxıstan Silahlı Qüvvələrinin Arıs şəhəri yaxınlığında anbarlarından birində yanğın və daha sonra partlayış baş verib. Arıs şəhərinin sakinləri yaxınlıqdakı yaşayış məntəqələrinə təxliyə ediliblər. Şəhərin əhalisinin saylı təxminən 45 min təşkil edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Qazaxıstanda baş verən partlayışlar nəticəsində ölənlərin sayı çatdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ