Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2020 16:18
Bakı. Asif Mehman - Trend:
Tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin ödənilməsi vaxtı oktyabrın 1-dək uzadılıb.
Trend-in məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 373; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 iyun tarixli 202 nömrəli Qərarı) 2-ci hissəsində “iyulun 1-dək” sözləri “oktyabrın 1-dək” sözləri ilə əvəz edilib.