Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2020 21:00
Bakı. Elçin Mehdiyev - Trend:
2020-ci ilin yanvar-iyul ayları üzrə Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 123,4 milyon manatlıq məhsul istehsal olunub.
Trend-in məlumatına görə, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 42,8 faiz, elektrik avadanlıqlarının istehsalında isə 5,1 faiz artıb.
Dövr ərzində əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 3,3 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı isə 2,4 dəfə artıb.