Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oracle şirkəti də TikTok-un bizneslərinin alınması üzrə danışıqlar aparır

Oracle şirkəti də TikTok-un bizneslərinin alınması üzrə danışıqlar aparır

Tarix: 20 Avqust 2020 08:36

Proqram təminatının yaradılması ilə məşğul olan Oracle şirkəti TikTok servisinin ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyadakı bizneslərinin əldə olunmasında maraqlıdır. Bu barədə Financial Times saytı xəbər verib. Məlumata əsasən Oracle şirkəti TikTok-da pay sahibi olan vençur şirkətlər ilə danışıqlar aparır. CNBC saytının məlumatına əsasən həmin vençur şirkətlər arasında General Atlantic və Sequoia Capital var. Oracle və TikTok təmsilçiləri bu məsələyə fikir bildirməkdən imtina ediblər.

Oracle şirkətinin iştirakı ilə olan danışıqlar artıq uzun müddətdir ki, aparılır və o, Microsoft ilə birlikdə bu məsələdə digər şirkətləri geridə qoyub. Qeyd etmək lazımdır ki, Oracle heç bir sosial şəbəkəyə və ya videoservisə sahib deyil. Şirkətə sadəcə olaraq TikTok istifadəçilərinin məlumatları maraqlı ola bilər. Belə ki, Oracle həmin məlumatlardan istifadə edərək öz marketinq məhsullarını yaxşılaşdıra bilər. Lakin bir mediaşirkətin alınması üçün 10-larla milyard dollar xərcləmək Oracle üçün böyük dəyişiklik ola bilər.


Etiketlər:  Oracle şirkəti TikTok bizneslərinin alınması üzrə danışıqlar aparır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ