Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xaricdə yaşayan azərbaycanlı alimlər UNEC-də distant təhsillə bağlı təlimlər keçəcəklər (FOTO)

Xaricdə yaşayan azərbaycanlı alimlər UNEC-də distant təhsillə bağlı təlimlər keçəcəklər (FOTO)

Tarix: 20 Avqust 2020 11:57

Bakı. Trend:

UNEC-in təşkilatçılığı ilə distant tədris sahəsində müəllimlərin bilik və bacarıqlarının daha da artırılması məqsədilə onlayn təlimlər keçiriləcək.

Trend-in məlumatına görə, “Distant təhsildə tədrisin təşkili və metodik təminatı” mövzusuna həsr olunan təlimlər 31 avqust - 4 sentyabr 2020-ci il tarixlərində təşkil olunacaq. Təlimlər ABŞ-ın Şimali Dakota, Kanzas, George Vaşinqton, Klemson, Radford universitetlərində və İsveçrənin Luqano Universitetində fəaliyyət göstərən azərbaycanlı alimlər, eləcə də Türkiyənin distant təhsil sahəsində ən geniş təcrübəyə malik olan Anadolu Universitetinin professorları tərəfindən keçiriləcək. Təlimçilərin təqdimatları dörd dildə (az, rus, ingilis, türk) tərcümə olunaraq iştirakçıların e-mail ünvanlarına göndəriləcək.

Təlimlərdə 10 məruzəçi “Distant təhsil: ənənəvi təhsillə oxşar və fərqli xüsusiyyətləri”, “Distant təhsilin informasiya-resurs təminatı: elektron resurslar və onlayn xidmətlər”, “Distant təhsildə interaktivliyin təmini (mühazirə dərslərinin təşkili və keçirilməsi üsulları”, “Distant təhsildə sərbəst işlərin yerinə yetirilməsi qaydaları”, “Distant təhsildə tələbə motivasiyasını yüksəldən tədris metodları”, “Distant təhsildə tələbələrlə dərsdən kənar əlaqənin effektiv qurulması (Google Classroom proqramı)”, “Müasir metodlardan istifadə etməklə seminar məşğələlərinin təşkili və qiymətləndirmə üsulları” mövzularında çıxış edəcəklər.

4 günlük təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Təlimlər ödənişsizdir və UNEC məllimləri ilə yanaşı, digər ali təhsil müəssisələrinin professor və müəllim heyəti də qeydiyyatdan keçərək iştirak edə bilər.

Xaricdə yaşayan azərbaycanlı alimlər UNEC-də distant təhsillə bağlı təlimlər keçəcəklər (FOTO) - Gallery Image Xaricdə yaşayan azərbaycanlı alimlər UNEC-də distant təhsillə bağlı təlimlər keçəcəklər (FOTO) - Gallery Image


Etiketlər:  Xaricdə yaşayan azərbaycanlı alimlər UNEC distant təhsillə bağlı təlimlər keçəcəklər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ